Təzə avtomobillərdə əsas nasazlıqlar – EKSPERT RƏYİ

Bir çox sürücü həftələrlə servislərdə qalmamaq, detal axtarmamaq üçün təzə avtomobil alır. İlk baxışdan doğru qərardır: təzə maşınla addımbaşı servisə getməyə ehtiyac qalmır. Lakin, bəzi hallarda əksi də ola bilir.
Avtosfer.az xəbər verir ki, Avropada aparılmış araşdırma təzə avtomobillərin də problemlərinin az olmadığını göstərir. Bəzi maşınlarda 3 ay istismardan sonra ciddi qüsurlar ortaya çıxır.
Təzə avtomobillərdə mexaniki hissələrin vaxtından tez sıradan çıxmasına az rast gəlinir. Ən ciddi problem elektronikada, multimedia sistemlərində müşahidə olunur. Məsələ burasındadır ki, İKT texnologiyalarının inkişaf sürəti ilə onların avtomobillərdə tətbiqi ayaqlaşmır.
Həngamə yenilənmə zamanı qopur. Bir çox modellərin internet vasitəsilə yenilənməsi ya mümkün deyil, ya da çox çətindir.
Ekspertlərin fikrincə, avtomobillərdə multimedia sistemlərinin tətbiqi smartfonların ilk dövrünü xatırladır. Texnologiya hələ tam təkmilləşməyib.
Multimedia sistemlərinin nasazlığı sürücülər üçün mexanikadan daha ciddi problem yaradır.
Hansısa transmissiya və ya mühərrik detalını tapıb əvəzləmək böyük vaxt aparmır. Lakin elektron hissələrin təmiri üçün bəzən həftələrlə gözləmək lazım gəlir.
Fransanın Avtomobil İdarəetməsi İnstitutunun əməkdaşı Stefan Rendl bildirir ki, elektromobillərin xarab olmaması barədə söhbətlər də əfsanədir. Onlarda da ciddi problemlər ortaya çıxa bilir. Bir il ərzində eyni problemlə 8 dəfə servisə gələn elektromobil sürücüsünün məsələsi hələ də həllini tapmayıb.
Vüqar
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











