Tıxacda qalan gəncin əsəbləri dözmədi, silaha əl atdı

Moskva şəhərinin polis orqanları paytaxtın mərkəzində taksi sürücülərinə atəş açan şəxs barədə araşdırmalara başlayıb.
Məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi yayıb.
Hadisədə şübhəli bilinin bir nəfər saxlanılıb.
İdarədən bildirilib ki, ötən gün taksi xidməti ilə məşğul olan şəxslərdən biri onlara müraciət edib. Şikayətçi günorta saatlarında tıxaca gözləyərkən naməlum şəxsin ona yaxınlaşaraq ünvanına söyüş söydüyünü və avtomobilini irəli sürməyini tələb edib. Avtomobilindən düşən zərərçəkən qarşıda tıxac olduğunu izah etməyə çalışıb.
Bu zaman naməlum şəxs israr edərək, taksi sürücüsünə zərbələr endirməyə başlayıb. Daha sonra qaz tapançasını çıxaran naməlum gənc zərərçəkənə iki-üç dəfə atəş açıb. Zərərli qaz sürücünün gözünə və əlinin üzərinə düşüb. Hadisəni törədən şəxs digər taksi sürücülərinə də atəş açmağa başlayıb.
Cinayəti törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Rusiya vətəndaşı tutularaq polis idarəsinə gətirilib. İstintaq aparılır.
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi











