Tormoz disklərinin paslanması təhlükəlidirmi?

Korroziya avtomobil sənayesinin ilk çağlarından həm istehsalçıları, həm də sürücüləri narahat edir. Bu gün də sürücülər kuzov detallarının paslanması, çürüməsi halları ilə qarşılaşırlar.
Avtosfer.az xəbər verir ki, bu hal tormoz qəliblərindən də yan keçmir. Məsələ burasındadır ki, sözügedən detal çuqundan tökülür. Çuqun korroziyaya adi poladdan daha çox davamlı olsa da, suya həssasdır. Disklər tez-tez qızdığı üçün başqa material tətbiqi mümkün deyil. bir neçə gün deayanmış avtomobildə detalın səthi nazik pas təbəqəsi ilə örtülür. Bəs bu hal nə dərəcədə risk yaradır.
Mütəxəssislərin fikrincə, diskin və ya barabanın üzərindəki nazik pas təbəqəsi heç bir risk yaratmır. Bir neçə dəfə tormozlanma zamanı bütün təbəqə yonulub tökülür və səth yenidən parlayır. Disk və barabanda əsas təhlükələrə çat, əyrilik, ifrat aşınma və daxilə nüfuz etmiş korroziya daxildir. Bunlar həm tormoz məsafəsinin artmasına, həm də vibrasiyaya səbəb olur.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












