Banner

"Toyota" başqa markalara mühərrik satacaq

Avtoxəbər 3 Noyabr 2026 00:00
"Toyota" başqa markalara mühərrik satacaq
WhatsApp kanalımıza abunə olun

Avtomobil istehsalçılarınin bir-birinə mühərrik satmasına az  hallarda rast gəlinir. Çünki mühərrik hər bir markanın vizit kartıdır. Lakin istisnalar da olub.

Avtosfer.az xəbər verir ki, Toyota bu il mühərrik satışından 500 milyon avro (1 milyard AZN) gəlir əldə edib. Yaponiyalı istehsalçı satışları artırmaq və bu sahədə gəlirlərini 2032-ci ilədək 1,5 milyard avroya çatdırmaq istəyir. 

Şirkətin texniki direktoru Hiroki Nakajima planları təqdim edib. Gündoğar ölkədən olan istehsalçı müştərilərə 1,5 və 2 litrlik sadə və turbo mühərriklər təklif edir. Mühərriklər əvvəlki versiyalarından daha kompakt olduğu üçün bir çox maşının kapotu altına yerləşir. Bütün mühərriklər adi və doldurulabilən hibridlə aqreqatlaşdırılır. 

Yaponiyalı istehsalçının hibrid texnologiyaları etibar qazandığı üçün təklifin maraq doğuracağı gözlənilir. Digər tərəfdən, yeni mühərrik layihələndirmək çətin olduğu üçün təklif istehsalçılara da maraqlı olacaq.

Vüqar

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh