“Toyota C-HR”in yenilənmiş versiyası satışda - FOTO - VİDEO

Cəmi 4 ildir istehsalı başlayan yeni “Toyota C-HR” avtomobilinin yenilənmiş versiyası Bakıda satışa çıxarılıb. Avtomobil hibrid və adi versiyada istehsal edilib. Azərbaycana hələlik modelin benzin mühərrikli versiyası gətirilib. Yenilənmiş C-HR yeni ön və arxa bamperə malikdir. Avtomobil yeni multimedia sistemi, sükan gücləndiricisi, Apple auto tətbiqi ilə təhciz olunub. Burada salonun mükəmməl səs izolyasiyasını da qeyd etmək lazımdır.
Avtomobil istehsalçıları son dövrlər kiçik və qənaətcil avtomobillərə üstünlük verirlər. Hətta SUV və pikap tipli modellərin də kiçik və az yanacaq işlədən versiyaları təqdim edilir. Bu baxımdan, alıcılara təqdim edilən krossover hazırki iqtisadi şəraitə və alıcıların tələblərinə tam uyğundur. Çünki avtomobil qənaətcil olması ilə seçilir. “Toyota C-HR”ın 1.2 L turbo və 2 L mühərrik həcmli versiyası Azərbaycanda satılır. Avtomobilin 100 kilometr məsafəyə ortalama yanacaq sərfiyyatı cəmi 6 litrdir. “Toyota C-HR”ın salonu kifayət qədər genişdir.
Qiymətinə gəlincə, rəsmi dilerdən bildirirlər ki, model bir necə komplektasiyada satışa çıxarılıb. Sadə komplektasiyalı “Toyota C-HR” Bakıda 43 500 manata satılır.
Qeyd edək ki, bu yaxınlarda həmin avtomobilin təqdimatı Toyota Abşeron Mərkəzində həyata keçirilib.
Fidan
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi














