Banner

“Toyota” mühərriklərini SATIR

Avtoxəbər 29 Oktyabr 2026 21:31
“Toyota” mühərriklərini SATIR
WhatsApp kanalımıza abunə olun

“Toyota” şirkəti yeni nəsil benzin mühərriklərini və hibrid sistemlərini digər avtomobil istehsalçılarına satmağa hazırlaşır. Şirkət 2032-ci ilədək bu satışlardan illik 1,5 milyard avro gəlir əldə etməyi hədəfləyir.

Avtosfer.az xəbər verir ki, mühərriklərin tədarükünə 2027-ci ildən başlanıla bilər. Yeni mühərrik ailəsinə 1,5 və 2 litrlik modellər daxildir.

Şirkət mühərrikləri daha yığcam və səmərəli hazırlayır. Onların hibrid sistemlərlə birlikdə istifadəsi də nəzərdə tutulur.

“Toyota”nın potensial müştərilərinin adları hələ açıqlanmayıb.

Oxunub : 92
ŞƏRH YAZ
Ad

E-mail

Şərh