“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah

“Toyota” şirkəti 60 illiyi münasibəti ilə “Corolla 60th Anniversary Special Edition” modelini təqdim edib.
Avtosfer.az xəbər verir ki, ilk “Corolla” 1966-cı ildə təqdim edilib. İndiyədək bu modeldən 57 milyon ədəd istehsal edilib.
Yubiley versiyası “Corolla SE Hybrid” modelinin bazasında hazırlanıb. Avtomobil 1,8 litrlik hibrid gün qurğusu, 2 elektrik dartı mühərriki və variatorla təchiz edilib. Tam intiqallı avtomobildə ümumi güc 138 at qüvvəsidir.
Məhz bu rəqəm elə ilk gündən təəccüb doğursa da, yapon istehsalçı qərarını belə əsaslandırıb: yubiley məqsədi ilə idman avtomobili hazırlanmayıb. Layihələndirmə zamanı bütün bazarların tələbləri nəzərə alınaraq insanların gündəlik ehtiyacını ödəyən, uzunömürlü və praktik maşın ərsəyə gətirilib. Bu gücdə aqreqat həm şəhərdə, həm də yolda rahat istifadə üçün kifayətdir.
Təqdimat mərasimi sakit şəkildə keçən avtomobilin satışları 2027-ci ilin qışında başlayacaq. Qiymət yaxın aylarda məlum olacaq.
Qeyd edək ki, 1,8 litr mühərrikdən daha böyük güc almaq mümkündür. Lakin, təcrübə göstərir ki, bu gücdən gündəlik həyatda çox az istifadə edilir. Əksinə, kiçik həcmlə böyük güc əldə edilərək yüklənən mühərrik daim gərgin rejimdə işlədiyi üçün resurs da aşağı olur.
Vüqar
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?












