Ucuz qiymətə "sınaq" avtomobilləri: Alıcılar nəyə diqqət etməlidirlər? - VİDEO

Son vaxtlar xarici ölkələrdən qəza testindən çıxan avtomobillərə maraq artıb.
Avtosfer.az xəbər verir ki, bu avtomobilləri alanların əsas arqumenti onların həm daha ucuz qiymətə satılması, həm də yürüşünün az olmasıdır.
Lakin mütəxəssislər bildirirlər ki, belə avtomobilləri bərpa etmək nə asan, nə də ucuz başa gəlir.
Avtousta Xaliq Əliməmmədov deyib ki, qəza testindən çıxan avtomobillər istehsalçılar tərəfindən bazar qiymətindən dəfələrlə aşağı məbləğə təklif olunur:
"Bu maşınlar test zamanı ciddi zərər gördüyü üçün bərpası çox çətin olur. Biz belə avtomobilləri düzəldərkən çox vaxt və zəhmət sərf edirik. Görünüşcə problemsiz görünsə də, gizli texniki nasazlıqlar qalır".
Onun sözlərinə görə, xüsusilə hava yastıqları və elektron idarəetmə sistemləri əvvəlki kimi işləməyə bilər.
Mütəxəssislər alıcılara xəbərdarlıq edirlər ki, bu tip avtomobilləri almaqdan əvvəl onların keçmişi və texniki vəziyyəti diqqətlə yoxlanılmalıdır. Çünki bəzi hallarda qəza testindən çıxan avtomobillər elə həmin ölkədə bərpa olunaraq "yeni avtomobil" adı ilə satışa çıxarılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












