Vaxtında dəyişməsəniz mühərrik dağıla bilər: QRM-in gizli təhlükəsi

Qazpaylama mexanizmi (QPM) klapanların düzgün vaxtda açılıb-bağlanmasını təmin edir. O dirsəkli valla qazpaylayıcı valı əlaqələndirir. Bu sinxronluq pozularsa, mühərrik ciddi zədələnə bilər.
Avtosfer.az xəbər verir ki, müasir avtomobillərdə QPM ötürücüsü iki cür olur: dişli qayış və ya metal zəncir. Qayış səssiz işləyir və dəyişdirilməsi nisbətən ucuzdur, lakin müəyyən yürüşdən sonra mütləq yenilənməlidir. Zəncir daha davamlı sayılsa da, "ömürlük" deyil – zaman keçdikcə uzanır və dəyişdirilməzsə, eyni riskləri yaradır.
![]()
Kəmər qırıldıqda və ya zəncir diş atarsa, porşen açıq vəziyyətdə qalan klapanla toqquşa bilər. Bu isə klapanların əyilməsi, silindr başlığının zədələnməsi və bahalı mühərrik təmirinə səbəb olur.
Mütəxəssislər kəmərin adətən 60–120 min kilometr aralığında, zəncirin isə təxminən 120–150 min kilometrdən sonra yoxlanılmasını və zərurət olduqda dəyişdirilməsini tövsiyə edirlər. Profilaktik dəyişiklik vaxtında aparılmazsa, qənaət böyük xərclə nəticələnə bilər (“Baku.ws”).
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












