"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO

VAZ-2107-nin istehsalı 2012-ci ildə dayandırılsa da, bu gün Azərbaycan yollarında bu maşınların sayı 10 minlərlə ölçülür. “Klassik Jiquli”lərin sonuncu modeli olan 2107-nin cihazlar lövhəsi digər modellərdən fərqlənirdi.
Avtosfer.az xəbər verir ki, sovet avtomobiləri arasında ilk dəfə bu maşının cihazlar lövhəsində ekonometr yer aldı. Sürücülər bu cihaza çox da fikir vermirlər. Yalnız onu bilirlər ki, kəskin qaz verdikdə cihazın əqrəbi qırmızı zonaya daxil olur. Sabit sürətdə isə əqrəb yaşıl zonada qalır. Bu da yanacaq sərfiyyatının az olmasını göstərir.
Ekeonometr həm də primitiv diaqnostika vasitəsidir ki, bunu da sürücülər bir yana, maşın ustaları da bilmirlər. Halbuki, cihazın işinə dioqqət yetirərək servisə getmədən bəzi nasazlıqları təyin etmək mümkündür:
- mühərrikin sərbəst gedişində əqrəbin xaotik hərəkəti rezin boruların cırılması və ya silindr başlığı araqatının yanmasını göstərir,
- sürətlə hərəkət zamanı əqrəb sarı və ya yaşıl zonada qalırsa bu, silindrlərin aşınması və ya alışdırmanın gecikməsinin əlamətidir,
- əqrəbin daim oynaması klapanların yanmasına və ya sistemdə hermetikliyin pozulmasına dəlalət edir.
Peşəkar ustalar ekonometrin göstəricisi əsasında daha bir neçə nasazlığı müəyyən edə bilərlər.
Ekonometr cihazlar lövhəsinin sol yuxarı küncündə 1988-ci ildən sonra istehsal edilmiş modellərdə yerləşir. VAZ-2107 injektora keçdikdə cihaz da ləğv edildi.
Vüqar Yaşaroğlu
.jpg)
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












