“Volkswagen” 4 milyona yaxın avtomobili geri çağıracaq

Almaniyanın “Volkswagen” avtomobil konserni sükan idarəetmə sistemində mümkün nasazlıq səbəbindən dünya üzrə təxminən 4 milyon avtomobili geri çağırmağa hazırlaşır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Handelsblatt” mənbələrinə istinadən məlumat yayıb.
Geri çağırma kampaniyası “Volkswagen”lə yanaşı, “Audi”, “Skoda” və “Seat” markalarının müəyyən modellərini əhatə edəcək. Söhbət 2013–2024-cü illərdə istehsal edilmiş avtomobillərdən, o cümlədən “Golf”, “Tiguan” və “Audi Q3” modellərindən gedir.
Məlumata görə, geri çağırılacaq avtomobillərin 2 milyondan çoxu “Volkswagen”, təxminən 1 milyondan çoxu “Skoda”, 700 mini “Audi”, 200 minə yaxını isə “Seat” markalı avtomobillərdir.
“Handelsblatt” kampaniyanın miqyasına görə konsernin son illərdə həyata keçirdiyi ən böyük geri çağırmalardan biri olacağını bildirir. (apa)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












