“Volkswagen” Manisadakı zavodun tikintisini dayandırıb

Volkswagen konserni Türkiyədə tikilən və dəyəri 1,4 milyard dollar olan zavodun inşasını dayandırıb. Bloomberg agentliyinin bildirdiyinə görə, bu Türkiyənin Suriyada apardığə hərbi əməliyyat ilə bağlıdır. "Yeni zavodun inşasının dayandırılması qərarı şirkətin idarə heyəti tərəfindən qəbul edilib. Vəziyyəti diqqətlə izləyirik və baş verənlər bizi çox narahat edir" - Volkswagen konserninin bəyənatında bildirilir. Xatırladaq ki, oktyabrın əvvəlində konsern Türkiyənin qərbindəki Manisa şəhərində ildə 300 min avtomobil buraxacaq zavodun inşa edilməsi barədə qərar qəbul etmişdi. Yeni zavod konsernin dünyadakı 123-cü zavodu olmalı idi.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Türkiyə Suriyada həyata keçirdiyi "Barış pınarı" adlı əməliyyata 9 oktyabr tarixində başlayıb. Türkiyə hökuməti əməliyyatın PKK və "İslam dövləti" terrorçularına qarşı apardığını bəyan edib. Ankara terrorçuları öz sərhədlərindən uzaqlaşdıraraq təhlükəsizlik zonası yaratmaq istəyir. Bu zonada Suriyadan olan qaçqınların yerləşdirilməsi nəzərdə tutulur. Lakin, ABŞ və Avropa birliyi ölkələri Türkiyəninin torrorçulara qarşı apardığı hərbi əməliyyatdan çox narahatdırlar.
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi












