“Volvo” 500 min avtomobilini geri çağırıb

“Volvo Cars” şirkəti dünyanın müxtəlif ölkələrinə satdığı, təxminən 500 minə yaxın avtomobili geri çağırıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu qərar sözügedən avtomobillərin mühərrik bölməsində alovlanma təhlükəsinin yaranması səbəbindən qəbul edilib.
Şirkət rəsmisi Stefan Elfstrom bildirib ki, mühərrik bölməsində plastik materialdan hazırlanmış “manifold”un yüksək temperaturda ərimə riski olduğundan avtomobillər geri çağırılıb: “Belə hallara rast gəlinib. Lakin heç bir insanın xəsarət alması halları qeyd edilməyib”.
Qeyd edək ki, “Volvo”nun qüsur aşkarladığı V40, V60, V70, S80, XC60 və XC90 modellərinə quraşdırılmış 4 silindrli dizel mühərrikli 2014-2019-cu il buraxılışlarıdır.
Xatırladaq ki, qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











