Xarab olmayan avtomobil: əfsanə, yoxsa marketinq fırıldağı? - FOTO

XX əsrdə alıcı cəlb etmək üçün marketoloqlar avtomobilin qənaətcilliyini önə çəkirdilər. İndi isə təbliğat bir qədər dəyişib.
Təzə avtomobili satmaq üçün “filan detal ömürlükdür”, “bu hissənin təmirə ehtiyacı yoxdur” və sair kimi əfsanələr danışılır və kütlə inandırılır.
Bəs reallıqda heç bir zaman sıradan çıxmayacaq detal və ya qovşaq hazırlamaq mümkündürmü?
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, avtomobilin hər bir detalı istehsal olunarkən müəyyən dövr ərzində işləməsi nəzərdə tutulur.
Doğrudur, sürücünün səliqəsindən, yanacağın və yolların vəziyyətindən, texniki xidmət səviyyəsindən asılı olaraq eyni model avtomobildə bir mühərrik 200 min kilometr, digərində 500 min kilometr qət edə bilər.
Hamının yaxşı tanıdığı “Prius”ların tormoz qəlibləri Bakıda 30-40 min kilometrdə dəyişdirildiyi halda, Avropada 300 min kilometrədək istifadə edilə bilir.
Lakin bu, heç də o demək deyil ki, detalların istismar müddəti və resursu sonsuzdur. İstismar olunan detalın aşınması sırf mexaniki prosesdir.
Bunun qarşısını almaq mümkün olmasa da, prosesi ləngitmək mümkündür. Məsələn, mühərrikin yağını və filtrlərini vaxtı-vaxtında dəyişməklə bahalı təmirdən yayınmaq mümkündür.
Eyni hal ötürmələr qutusuna da aiddir. Yaxud, kəskin tormozlamadan qaçmaqla əyləc və asqı sisteminin ömrünü uzatmaq olar.
Əgər sürücü xırda xərclərdə qənaət etmək fikrinə düşərsə, o zaman böyük xərclər və günlərlə piyada qalmaq qaçınılmazdır. Xırda xərclər dedikdə yağ, antifriz, filtr, alışdırma və qızdırıcı şamlar, tormoz qəlibləri kimi tez sıradan çıxan detalların saxta və ucuzunu almaq, aşağı oktanlı benzindən istifadə nəzərdə tutulur.
Lakin bir fakt faktlığında qalır ki, “əbədi və təmir olunmayan” avtomobil mövcud deyil. İstismar olunmadıqda belə, avtomobildə aşınma gedir. Marketinq nağılları isə kifayət qədər inandırıcı danışıldığı üçün çoxlarını aldada bilir.
Vüqar
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO











