Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR

"Müharibə və regional gərginliklər yükdaşımalara ciddi təsir göstərir. Münaqişə olan ərazilərdə yük daşımaları praktik olaraq dayandırılır, daşıyıcılar alternativ marşrutlar seçməyə məcbur olurlar". Avtosfer.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.
Onun sözlərinə görə, yeni marşrutlar yolun uzanmasına və əlavə zaman tələb olunmasına səbəb olur ki, nəticədə daşımaların qiymətinə təsir göstərir:
"Avropa və Amerikadan gələn avtomobillərlə bağlı hər hansı məhdudiyyət və problem yoxdur. Çin istiqamətindən daşımalar da problemsizdir. Əvvəllər Çindən avtomobillər Bəndər Abbas limanına gəlirdi, oradan Azərbaycana daşınırdı. Lakin son illərdə Çin avtomobilləri üçün daha qısa və təhlükəsiz marşrutlar - Qazaxıstan, Xəzər dənizi və Bakı-Ələt istiqaməti seçilir. Bu səbəbdən Çin marşrutundan gələn avtomobillərdə heç bir problem gözlənilmir. Yaponiya və Cənubi Koreyadan gələn avtomobillər də əsasən Qazaxıstan və ya Qırğızıstan üzərindən Xəzər dənizi və ya Rusiya ərazisi ilə quru yolu vasitəsilə Azərbaycana daxil olur. Bu istiqamətlər də sabit və təhlükəsiz sayılır, buna görə həmin ölkələrdən gələn avtomobillərdə problem olmayacaq".
Eyyub Əliyev əlaə edib ki, Dubaydan gətirilən ikinci əl avtomobillərin tədarükü hazırda risklidir:
"Planlaşdırılmış tədarüklər qeyri-müəyyən müddətə təxirə salına bilər. Alternativ marşrutlar da tam stabil deyil; İran sərhədində vaxtaşırı yaranan risklər yükdaşıma şirkətlərini əlavə təhlükəyə atır. Nəticə olaraq, Dubaydan avtomobillərin tədarükündə gecikmələr gözlənilir. Həmçinin alternativ marşrutlardan istifadə qiymətləri artıracaq və Dubaydan gələn avtomobillər Amerikadan, Avropadan və Yaponiya/Koreyadan gələn avtomobillərlə rəqabət apara bilməyəcək. Bu isə biznes baxımından sərfəli deyil".
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










