Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - VİDEO

Amerikadan gətirilən avtomobillərin VİN kodu silinir. Avtosfer.az xəbər verir ki, ABŞ hərraclarından idxal edilən avtomobillər son illərdə Azərbaycan bazarında geniş yayılıb. Lakin mütəxəssislər deyirlər ki, bəzi avtomobillər satışa çıxarılmazdan əvvəl onların VİN kodları üzərində dəyişiklik edilir və ya məlumatlar silinir. Nəticədə avtomobilin real tarixçəsini müəyyənləşdirmək çətinləşir. Usta Renat Süleymanovun sözlərinə görə, xüsusi proqramlar və beynəlxalq məlumat bazaları vasitəsilə bəzi hallarda avtomobilin əvvəlki tarixçəsini bərpa etmək mümkün olur. Yoxlama zamanı ABŞ-dəki yürüş göstəricisi ilə Azərbaycandakı göstərici arasında on minlərlə kilometr fərq aşkar edilir. Bundan başqa, ağır qəzaya düşmüş avtomobillərin təmir edilərək heç bir məlumat verilmədən satışa çıxarıldığı da müəyyən olunur. Mütəxəssislər alıcılara avtomobil almazdan əvvəl VIN kodunu beynəlxalq bazalarda yoxlatmağı, texniki ekspertiza keçirməyi və tarixçəni təsdiqləyən sənədləri tələb etməyi tövsiyə edirlər. Çünki gizlədilmiş yürüş və ya qəza keçmişi sonradan həm əlavə maliyyə xərclərinə, həm də yol hərəkəti zamanı təhlükəsizlik risklərinə səbəb ola bilər.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












