Xaricdən idxal olunan avtobuslar bahalaşdı - YENİ QİYMƏT

Cari ilin 10 ayı ərzində Azərbaycana ümumi dəyəri 74 milyon 760 min dollar olan 702 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş sərnişin avtobusu gətirilib. Avtosfer.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə avtobus idxalı dəyər baxımından 7 milyon dollar və ya 10,3% artıb, say baxımından isə 32 ədəd və ya 4,4% azalıb.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkəyə 67,8 milyon dollar dəyərində 734 ədəd avtobus idxal olunub. Bu il bir ədəd avtobusun orta idxal qiyməti 106 min 496 dollar (təxminən 181 min 43 manat) təşkil edib. Bu göstərici illik müqayisədə 14 min 123 dollar (təxminən 24 min 9 manat) və ya 15,3% bahalaşma deməkdir. 2024-cü ilin eyni dövründə bir avtobusun orta idxal qiyməti 92 min 373 dollar (təxminən 157 min 34 manat) olub.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












