Xırdalana gedən yol 20 gün BAĞLANACAQ - SƏBƏB

Xırdalanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Avtosfer.az APA-ya istinadən bildirir ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin Heydər Əliyev prospektində avtomobil yolu birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq. Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinədək “Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.
Yaranmış narahatlıqla bağlı “Azərsu” ASC Xırdalan sakinlərindən üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyə edir.
Məlumat üçün bildirək ki, hələ 2017-ci ilin əvvəlində Xırdalan şəhəri Heydər Əliyev prospektinin genişləndirilməsi və abadlaşdırılması nəzərdə tutulmuşdu. Sözügedən layihənin həyata keçirilməsi və H.Əliyev prospektinin hər iki istiqamətinin qazılaçağını nəzərə alaraq abadlıq işi ləngidilib.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır












