Yanacaq qiymətlərinin artması bu avtomobilləri BAHALAŞDIRACAQ

Son dövrlərdə yanacaq qiymətlərində müşahidə olunan artım təkcə gündəlik xərclərə deyil, bütövlükdə iqtisadi proseslərə də təsir göstərməkdədir. Xüsusilə, avtomobil bazarı bu dəyişikliklərə daha həssas reaksiya verən sahələrdən biri kimi diqqət çəkir. Artan yanacaq xərcləri həm vətəndaşların seçimlərinə, həm də bazarda təklif və tələbin balansına birbaşa təsir edir. Bu fonunda bazarda yeni meyillər formalaşır, ənənəvi seçimlər isə tədricən aktuallığını itirməyə başlayır.
Stop işıqları yanmayan sürücü təhlükə yaratdı - 90-KZ-107 - VİDEO
Bəs yanacaq qiymətlərinin bahalaşması avtomobil bazarının gələcək inkişaf istiqamətini necə dəyişir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, son dövrlərdə yanacaq qiymətlərində müşahidə olunan artım avtomobil bazarına ciddi təsir göstərir.
“Bu təsir ilk növbədə istehlakçı davranışında özünü büruzə verir. Hazırda vətəndaşlar yüksək yanacaq sərfiyyatı olan iri mühərrikli avtomobillərdən uzaqlaşmağa başlayır, daha qənaətcil modellərə üstünlük verir. Xüsusilə hibrid və elektrik avtomobillərinə marağın artması bazarda struktur dəyişikliklərinin getdiyini göstərir”.
Asif İbrahimovun fikrincə, yanacaq xərclərinin yüksəlməsi avtomobilin saxlanma xərclərini də artırır.
“Bu isə bəzi vətəndaşların avtomobil alma qərarını təxirə salmasına gətirib çıxarır. Nəticədə, xüsusilə ikinci əl avtomobil bazarında müəyyən durğunluq müşahidə oluna bilər. Yanacaq qiymətlərinin artması taksi və yükdaşıma sektoruna da təsirsiz ötüşmür. Xərclərin yüksəlməsi bu sahələrdə rentabelliyi azaldır və bu da kommersiya məqsədli avtomobillərə olan tələbatın zəifləməsinə səbəb olur”.
İqtisadçı hesab edir ki, uzunmüddətli perspektivdə bu tendensiya alternativ nəqliyyat vasitələrinə keçidi sürətləndirəcək.
“Lakin bunun üçün müvafiq infrastrukturun inkişafı, xüsusilə elektrik doldurma stansiyalarının genişləndirilməsi və stimullaşdırıcı mexanizmlərin tətbiqi vacibdir. Ümumilikdə yanacaq qiymətlərinin bahalaşması avtomobil bazarında həm tələbin strukturunu dəyişir, həm də bazarın ümumi inkişaf istiqamətinə təsir göstərir”.
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR












