Yanacaq sızması səbəbindən 755 mindən çox avtomobili geri çağırır

"Maserati", "Chrysler" və "Jeep" kimi markalara sahib olan amerikalı-fransız-italyan avtomobil konserni "Stellantis" yanacaq sızması riski səbəbindən dünya üzrə 755 mindən çox avtomobili geri çağırır. Avtosfer.az-ın "Bild" qəzetinə istinadla verdiyi məlumata görə, ümumilikdə 756 916 avtomobil geri çağırılıb, onlardan 85 642-si Almaniyada yerləşir. Geri çağırma "Stellantis" qrupuna daxil olan bir neçə markanı əhatə edir: "Opel", "Peugeot", "Fiat", "Citroën", "DS", "Lancia" və "Alfa Romeo". Almaniyanın Federal Avtonəqliyyat Agentliyinin bildirdiyinə görə, yüksək təzyiqli boru ilə yanacaq relsi arasındakı birləşmələr kifayət qədər möhkəm bağlanmayıb. Bu isə yanacaq sızmasına və nəticədə yanğına səbəb ola bilər. Agentliyin məlumat bazasına əsasən, 17 iyun tarixinə qədər bu geri çağırma ilə əlaqədar artıq 11 yanğın hadisəsi qeydə alınıb. Geri çağırılan avtomobillər servis mərkəzlərində yoxlanılacaq. Nəqliyyat vasitələrinin sahibləri istehsalçı tərəfindən məlumatlandırılacaqlar.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












