Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, yük maşınlarının dəmir yolu nəqliyyatına keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Bəs bu tədbirləri 2035-ci ilədək həyata keçirmək mümkün olacaq?
Avtosfer.az xəbər verir ki, Baku TV-yə danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, avtomobil parkının strukturunu qısa müddətdə tamamilə dəyişmək çətin olsa da, daha uzunmüddətli perspektivdə buna nail olmaq mümkündür.
İqtisadçı Xalid Kərimli isə sözügedən tədbirlərin 2035-ci ilədək həyata keçirilməsinin böyük investisiya tələb edə biləcəyini düşünür. Bəs bu müddətdə avtomobil parkının strukturunu dəyişmək nə dərəcədə realdır?
Onun sözlərinə görə, avtomobillər köhnəldikcə və vətəndaşlar yeni nəqliyyat vasitələri aldıqca hibrid və elektrik mühərrikli modellərə daha çox üstünlük verəcəklər. Bu prosesin sürətlənməsində dövlət təşviqləri də mühüm rol oynaya bilər.
İqtisadçı elektromobillərə güzəştlərin tətbiqini, daxiliyanma mühərrikli avtomobillərə əlavə rüsumların müəyyənləşdirilməsini, köhnə avtomobillərin utilizasiyasını və enerji doldurma infrastrukturunun inkişafını bu istiqamətdə vacib addımlar kimi qiymətləndirir.
Xalid Kərimli bildirir ki, artıq ölkəyə idxal olunan avtomobillər arasında elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin payı artır.
İqtisadçının sözlərinə görə, Azərbaycanda elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı artmaqdadır. 2026-cı ilin birinci yarısında bu nisbət 22 faiz təşkil edib. 2030-cu ildə bu göstəricinin 30 faizə çatacağı gözlənilir. "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nın bu hədəfə uyğun olduğunu qeyd edə bilərik.
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI












