Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya

Elektromobillərdə nasazlıq və ya qəza zamanı batareyanın alışması ən ciddi təhlükələrdəndir. Bir qayda olaraq yanan elektromobili söndürmək mümkün olmur. Təhlükə mənbəyi yüksəkgərginliki batareyadır.
Avtosfer.az xəbər verir ki, “Stellantis” qrupunun mühəndisləri qəza zamanı batareyanın maşından ayrılmasını təmin edən “High-Voltage Battery Quick Release System For Vehicle” sistem hazırlayıblar. Sistem artıq ABŞ-də patent alıb.
İdeyaya görə, qəza və ya şiddətli qızma anında sistem batareyanı soyutmaq əvəzinə, onun cərəyan təminatını kəsir və mexaniki olaraq elektromobildən ayırır. Bunun üçün də xüsusi bərkitmə sistemləri mövcuddur.
İş bununla bitmir. Batareyası ayrılan elektromobil 12 voltluq akkumulyatorla təhlükəsiz məsafəyə uaqlaşa bilməlidir.
Sistemi sürücü, sərnişin və ya xilasedicilər aktivləşdirə bilər. Hələlik patent halında olan ideyanın nə vaxt tətbiq ediləcəyi məlum olmasa da, ciddi maraq doğurub.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












