Yapon avtomobilləri ABŞ-da UCUZLAŞDI

Donald Trampın tətbiq etdiyi yüksək avtomobil rüsumlarına baxmayaraq, Yapon avtomobil istehsalçıları ABŞ bazarında rəqabəti qorumaq üçün ixrac qiymətlərini rekord səviyyədə endirib. Şirkətlər mənfəətdən imtina edərək, 2016-cı ildən bəri ən kəskin qiymət azalmasına gedib.
Avtosfer.az xəbər verir ki, Trampın apreldə başlatdığı 25%-lik gömrük vergisinə baxmayaraq, Yapon avtomobil istehsalçıları ABŞ-da bazar payını qorumaq üçün qiymətləri artırmaqdan çəkinib və əvəzində ucuzlaşdırmağa üstünlük verib.
Yaponiya Mərkəzi Bankının 10 iyul tarixli hesabatına əsasən, iyun ayında Şimali Amerikaya göndərilən avtomobillərin ixrac qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% azalıb. Bu, 2016-cı ildən bəri qeydə alınmış ən böyük qiymət düşüşüdür.
Bəzi şirkətlər, o cümlədən Subaru, müəyyən modellərdə qiymət artımına getsə də, ümumilikdə Yaponiyanın “qiymətləri çox qaldırmamaq” strategiyası rəqəmlərdə də öz əksini tapıb. Belə ki, ABŞ-a avtomobil ixracının dəyəri may ayında 24,7% azalmasına baxmayaraq, ixrac həcmi cəmi 3,9% azalıb.
Bu göstəricilər Yapon şirkətlərinin bazarda qalmaq üçün ciddi güzəştlərə getdiyini açıq şəkildə ortaya qoyur.(News24.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












