Yayda avtomobilinizin boyasını necə qoruya bilərsiniz? - Ucuz və effektiv yollar

Avtomobilin boya örtüyü yayda günəş, toz və istiliyin təsirindən ciddi zərər görə bilər.
Avtosfer.az-ın pravda.ru-ya istinadən verdiyi məlumata görə, rusiyalı avtomobil eksperti Yuliya Truşkova boya örtüyünü qorumaq üçün sadə, lakin effektiv bir neçə qayda tövsiyə edir.
Onları təqdim edirik:
1. Birbaşa günəş altında avtomobili yumayın - bu, ləkə və mikroçatlara səbəb olur. Avtomobili sərin havada və kölgədə yumaq məsləhətdir.
2. Zərərli çirkləri dərhal təmizləyin - quş peyini, həşərat izləri və s. boyanı zədələyir. Su və mikrofiber bezlə dərhal silin.
3. Kuzovu mütəmadi yuyun - hətta görünməsə də, toz və qum lakı cızır. 7-10 gündə bir yumaq tövsiyə olunur.
4. Qoruyucu vasitələrdən istifadə edin - maye mum, sprey deteyler və ya mövsümi keramika qoruması UV şüalarından müdafiə edir.
5. Ağıllı parklama edin - daim günəş altında qalmaq boyanın solmasına səbəb olur. Mümkün qədər kölgədə saxlayın, təkəraltı tentlər və örtüklərdən istifadə edin.
6. Çat və boya qopmalarını vaxtında aradan qaldırın - yayda bu xırda zədələr böyüyə bilər. Boya qələmi və qoruyucu üzlük kömək edə bilər.
7. Quru bezlə silməyin - hətta mikrofiber belə tozlu səthdə boyanı cızır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












