Yeddi nəfəri öldürən avtoxuliqanın sürücülük hüququ məhdudlaşdırılmadı - FOTO

Belçikanın Mons şəhərində sürücü Paolo Falzonenin məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Falzone 2022-ci ildə səhər saatlarında bardan çıxaraq 50 km/saat sürət limiti olan yolda 170 km/saat sürətlə hərəkətdə olarkən izdihama çırpılıb.
O, hadisə zamanı sükanı birəlli tutaraq digər əlində telefonla öz hərəkətini çəkirdi. Hadisə nəticəsində karnavala toplaşmış 7 nəfər ölüb, 50-dək adam xəsarət alıb.
İstintaq zamanı Falzonenin sürət həvəskarı olduğu və sosial media hesabında buna aid yüzdən çox video aşkar edilib.
Məhkəmənin hökmü ilə o, 27 il azadlıqdan məhrum edilib. Zərərçəkənlərin ailələrini isə bir məsələ narahat edir: o, həbsdən çıxdıqdan sonra yenidən sükan arxasına keçib təkrar qayda pozacaq.
Belçika qanunvericiliyi sürücülük hüququnu 7 gündən ömürlük müddətədək məhdudlaşdırmağa imkan verir. Məsələ burasındadır ki, bu məhdudiyyət inzibati xətalara, yəni yol hərəkəti qaydalarının pozulması hallarına aiddir.
Falzonenin mühakimə edən andlılar məhkəməsinin isə belə bir səlahiyyəti yoxdur.
Artıq qanunvericilik dəyişsə də, qanunun geriyə qüvvəsi olmadığı üçün Paolo Falzone sürücülük hüququndan məhrum edilməyib.
Vüqar Yaşaroğlu
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?














