Yerli avtomobillərə tələbat niyə artıb? - AÇIQLAMA

Azərbaycanda minik avtomobili istehsalı artır. Bu ilin yanvar-avqust aylarında ölkədə 2627 ədəd minik avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 35,3 faiz artıb.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkədə avtomobillərin heç bir komponenti istehsal edilmir. Sadəcə, yığılması həyata keçirilir:
“Son zamanlar taksi xidməti ilə bağlı verilmiş qərarlar ölkədə yığılan avtomobillərə marağın artmasına səbəb olub. Çünki bu avtomobillər daha yumşaq kredit şərtləri ilə satışa çıxarılır. Köhnə avtomobillər taksi xidmətindən kənarlaşdırılıb və onların yerini isə ölkədə yığılan avtomobillər tutur. Ona görə də həmin avtomobillərin satılmasında artım müşahidə edilir".
Ekspert hesab edir ki, ölkədə avtomobillərin bəzi komponentləri istehsal edilə bilər:
“İstənilən avtomobilin detallarında əsasən, neftdən hazırlanan məhsullar yer alır. Onları istehsal etmək çətin deyil. Məsələn, əvəllər qonşu Türkiyədə böyük avtomobil şirkətləri fəaliyyətə başlayanda yerli detalların istehsalı çox az idi. İndi az qala avtomobil detallarının yarısı Türkiyədə istehsal olunur. Hətta Türkiyədə istehsal edilən avtomobil detallarının ixracı ayrıca gəlir mənbəyinə çevrilib".
(baku.post)
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












