Yol polisi deputatların sürücülük vəsiqəsi ilə bağlı təklifinə cavab verdi – 2014-dən...

Milli Məclisin deputatları Azərbaycanda sürücülük vəsiqəsinin elektron qaydada verilməsini təklif edib. Avtosfer.az xəbər verir ki, millət vəkilləri sürücülük vəsiqəsinin elektron qaydada verilməsi və smartfonlara yüklənməsi təklifi ilə çıxış edib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib. İdarədən Avtosfer.az-a daxil olan açıqlamada bildirilib ki, sürücülük vəsiqəsinin elektronlaşdırılmaqla şəxsin mobil telefonuna ötürülməsi ilə bağlı hörmətli millət vəkilləri tərəfindən irəli sürülən təkliflərə hörmətlə yanaşılır: “Eyni zamanda bildiririk ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində (MİS) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və etibarnamələrlə yanaşı Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələri barədə də məlumat mövcud olduğundan ölkə ərazisində sürücünün qeyd olunan sənədləri üzərində gəzdirməsinə, yaxud şəxsiyyətinin müəyyənləşdirilməsi üçün posport və ya şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə ehtiyac йохдур. Çünki şəxs haqqında məlumatlar sistemə daxil edilərkən təkcə vəsiqənin rekvizitlərini deyil, həm də sahibinin fotoşəklini görmək olur.
Məlumat üçün onu da qeyd edək ki, bu məsələ hələ bəzi ölkələrin gündəminə yeni daxil olsa da, bizdə artıq 2014-cü ildən tətbiq olunur. Belə ki, dövlət yol polisi əməkdaşı qayda pozuntusuna görə nəqliyyat vasitəsini saxlayarkən sürücünün üzərində nəqliyyat vasitəsini idarə etməyə əsas verən sənədlərdən hər hansı biri olmadıqda həmin sənədlərə dair məlumatları patrul avtomobilinə quraşdırılmış bort-kompyuter vasitəsilə yoxlayır və MİS-dəki məlumatlar əsasında qayda pozuntusunda yol vermiş şəxs haqqında sənədləşmə aparır. Digər tərəfdən, “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının 6-cı Əlavəsində milli sürücülük vəsiqələinin yalnız kağız və ya plastik materialdan hazırlanması qeyd olunduğu üçün elektron şəkildə smartfona ötürülmüş vəsiqə Konvensiyaya üzv olan dövlətlərdən heç birində tanınmayacaq. Belə olan halda bu elektron vəsiqə təkcə onun verildiyi ölkə ərazisində qüvvədə olacaqsa, o halda on ildən bir dəyişdirilməsi nəzərdə tutulan sürücülük vəsiqələrinin elektron formasının smartfonlara ötürülməsinə də elə bir zərurət qalmır”.
Elmin
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR








