Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO

Sosioloq Lalə Mehralı sosial şəbəkə hesabında paylaşdığı görüntü ilə sükan arxasında məsuliyyətsiz davranışlara etiraz edib.
Avtosfer.az xəbər verir ki, sosioloq bildirib ki, son vaxtlar xüsusilə bəzi sürücülərin avtomobil idarə edərkən sosial şəbəkələr üçün video çəkməsi, telefona baxa-baxa hərəkət etməsi və hətta əllərini sükandan çəkərək mahnıya qoşulub oynaması ciddi təhlükə yaradır. Bəzi sürücülər avtomobilin içərisində yüksək səslə musiqi səsləndirərək diqqəti yayındıran hərəkətlər edir, yol hərəkəti iştirakçılarını risk altında qoyurlar.
Sosioloq qeyd edib ki, əlləri sükan arxasından çəkərək avtomobil idarə etmək, eyni zamanda nəqliyyat vasitəsində yüksək səslə musiqi səsləndirmək qayda pozuntusudur. Onun fikrincə, bu cür davranışlar təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının, xüsusilə piyadaların həyatını təhlükəyə atır.
L.Mehralı vurğulayıb ki, bəzi sosial şəbəkə istifadəçiləri məhz bu kimi görüntülərlə baxış sayı toplayır və cərimələrə baxmayaraq davranışlarını davam etdirirlər. O hesab edir ki, cərimələrlə yanaşı, daha sərt nəzarət mexanizmləri tətbiq olunmalı, qaydaları kobud şəkildə pozan şəxslər müəyyən müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməlidir.
Paylaşılan görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Şərhlərdə bu cür hərəkətlərin məsuliyyətsizlik olduğu, ciddi təhlükə yaratdığı bildirilib.
Avtosfer.az bildirir ki, sürücü və sərnişin yol hərəkəti qaydalarını pozaraq təhlükəsizlik kəmərindən də istifadə etməyiblər.
Qeyd edək ki, Günel adlı xanım sürücü hadisəni idarə etdiyi “Peugeot” markalı, 90-SE-262 dövlət nömrə nişanlı avtomobillə törədib.
Eltac
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












