Banner

Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO

Gündəm 27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsində asfalt örtüyü istifadəyə yararsız vəziyyətdədir.

Avtosfer.az-ın məlumatına görə, yoldakı problemləri əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Kadrlardan görünür ki, yolun bəzi hissələri aşınıb, yolda çuxurlar və çökəkliklər yaranıb. Nəticədə ərazidən keçən sürücülər hərəkət zamanı çətinliklə üzləşirlər. Xüsusilə qaranlıq saatlarda çökəklikləri vaxtında görmək və onlardan yayınmaq daha da çətin olur.

Qeyd edək ki, paylaşımın rəy bölməsində vətəndaşlar problemin artıq bir ilə yaxındır davam etdiyini, lakin indiyədək aradan qaldırılmadığını bildiriblər.

Xatırladaq ki, Biləcərinin digər küçələrində də oxşar problemlər mövcuddur. Saytımızda qəsəbədəki yol problemləri ilə bağlı müxtəlif vaxtlarda materiallar dərc olunub.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229327.html

 

 

Oxunub : 234
ŞƏRH YAZ
Ad

E-mail

Şərh