Mirziyoyev Azərbaycanla iqtisadi əməkdaşlıqda əsas hədəfi AÇIQLADI

"Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır".
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
“Son 5 il ərzində qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb. Birgə layihələrin ümumi portfeli, artıq dediyim kimi, bir çox layihələri siyahıdan çıxarmışıq və hazırda 5 milyard dolları ötüb. Lakin bizim komandamız, həm nazirim, həm də baş nazir müavinim hər bir rəqəmə görə konkret məsuliyyət daşıyacaqlarına söz verirlər. Azərbaycanlı həmkarlarımızla birlikdə işləyirik. Səfərə hazırlıq çərçivəsində Hökumətlərarası Komissiyanın, Biznes Şurasının və Regionlar Forumunun iclasları uğurla keçirilib. Bu görüşlər zamanı birgə layihə və proqramların həyata keçirilməsi ilə bağlı mühüm təşəbbüslər hazırlanıb. İndi əsas vəzifə iki ölkənin hökumətlərinin, nazirlik və qurumlarının həmin təşəbbüslərin səmərəli icrasını təmin etməsidir. Hər dəfə bu Dövlətlərarası Şuranın iclasını keçirərkən biz Prezident İlham Əliyevlə sizə deyirik ki, məsələləri ciddi nəzarətə götürəcəyik. Bu dəfə də istisna deyil. Hər bir söz ciddi nəzarətdə olacaq ki, real nəticə əldə edilsin. Çoxtərəfli əməkdaşlığımızın prioritet istiqamətlərini qısa şəkildə qeyd etmək istəyirəm. Birincisi, regional və beynəlxalq platformalarda ümumi maraqlarımızın irəlilədilməsi məqsədilə xarici siyasət qurumlarının sıx koordinasiyasını davam etdirmək vacibdir. Bu, çox önəmlidir. Dar formatda həmçinin parlamentlər, hökumətlər, nazirliklər, dövlət qurumları və regionlarımız arasında əlaqələrin yeni səviyyəsinə güclü impuls vermək barədə razılığa gəldik.
İkincisi, qarşıdakı əsas məqsədimiz, indi dediyim kimi, əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır. Bunun əsasını bu gün qəbul etdiyimiz və bu mühüm hədəfə nail olmaq üçün konkret tədbirləri nəzərdə tutan proqram təşkil edəcək.
Üçüncüsü, sənaye kooperasiyasının dərinləşdirilməsinə xüsusi diqqət yetiririk. Ölkələrimizin biznes dairələri geologiya, energetika, kimya, maliyyə, tikinti, kənd təsərrüfatı və digər sahələrdə bir sıra layihələri uğurla həyata keçirirlər. Bugünkü iclas çərçivəsində yeni layihələrə start verəcəyik. Belə təşəbbüslərin dəstəklənməsi üçün birgə fəaliyyət investisiya şirkətlərinin vəsaitlərindən fəal istifadə edilməlidir”, - deyə Şavkat Mirziyoyev qeyd edib.
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO










