Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI

Azərbaycan və Slovakiya arasında enerji, nəqliyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradır.
Avtosfer.az xəbər verir ki, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan əməkdaşlıq sənədlərinin qarşılıqlı ticarət dövriyyəsinə, investisiya axınına və regional nəqliyyat əlaqələrinin inkişafına təsiri diqqət mərkəzindədir. Bəs azərbaycanın Avropaya ixrac imkanlarına və ölkənin regional logistika mərkəzi kimi mövqeyinin güclənməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığında enerji sektoru hazırda əsas istiqamətlərdən biri olaraq qalır:

"Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu getdikcə artır. Bununla yanaşı, ölkənin əlverişli coğrafi mövqeyi və inkişaf edən nəqliyyat infrastrukturu logistik əməkdaşlıq üçün də geniş imkanlar yaradır. Məhz bu səbəbdən Avropa dövlətləri Azərbaycanla enerji və nəqliyyat sahələrində əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdırlar. Lakin uzunmüddətli iqtisadi inkişaf baxımından əməkdaşlığın yalnız enerji və logistika ilə məhdudlaşmaması vacibdir. Azərbaycan qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayırmalı, rəqabətqabiliyyətli məhsullar istehsal edərək onların ixracını artırmalıdır. Xüsusilə kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının böyük hissəsi Rusiya bazarına ixrac olunur".
İqtisadçı qeyd edib ki, bu isə ixracın bir bazardan asılılığını artırır. Həmin asılılığın azaldılması üçün Avropa bazarına çıxış imkanlarının genişləndirilməsi vacibdir:
"Azərbaycanın meyvə və tərəvəz məhsulları təbii dadı, keyfiyyəti və ekoloji xüsusiyyətləri ilə Avropa bazarında rəqabət üstünlüyü qazana bilər.
Bunun üçün beynəlxalq standartlara uyğun sertifikatlaşdırma sistemi təkmilləşdirilməli, müasir qablaşdırma müəssisələri yaradılmalı, məhsulların saxlanılması və daşınması infrastrukturu gücləndirilməlidir. Bu addımlar Azərbaycan məhsullarının Avropa bazarında mövqeyini möhkəmləndirə və ixrac həcmini artırmağa şərait yarada bilər. Nəticə etibarilə, Slovakiya və digər Avropa ölkələri ilə münasibətlər yalnız enerji və logistika sahələri ilə məhdudlaşmamalıdır. Sənaye, kənd təsərrüfatı, qida istehsalı, emal sənayesi və digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur. Bu isə həm iqtisadi əlaqələrin şaxələndirilməsinə, həm də Azərbaycanın ixrac potensialının daha da artmasına töhfə verə bilər".
Fatimə
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












