Slovakiya Qarabağa investisiya qoyuluşunda maraqlıdır? - POLİTOLOQ

Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlıq yeni imkanlar yaradır. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi ticarət, investisiya və sənaye sahələrində yeni perspektivlər açır.
Avtosfer.az xəbər verir ki, iki ölkə arasında əlaqələrin inkişafı qeyri-neft sektorunun genişlənməsi, ixrac imkanlarının artırılması, logistika və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-açıqlamasında bildirib ki, Azərbaycan və Slovakiya arasında ikitərəfli münasibətlər mühüm əhəmiyyət kəsb edir;

''Son dövrlərdə Azərbaycanın Avropa ölkələri ilə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu əməkdaşlıq getdikcə daha da genişlənir. hazırda Avropa enerji təchizatı ilə bağlı ciddi problemlərlə üz-üzədir. Rusiya–Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli təsir göstərib. Belə bir şəraitdə Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Avropa ölkələri üçün həm də cəlbedici investisiya məkanıdır. Onun sözlərinə görə, ölkə iqtisadiyyatına təkcə neft sektorunda deyil, qeyri-neft sahələrində də investisiyaların cəlb edilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyi son illərdə əhəmiyyətli dərəcədə artıb və Azərbaycan bu bölgələrə, eləcə də iqtisadiyyatın digər sahələrinə xarici investisiyaların cəlb olunmasında maraqlıdır''.
Politoloq qeyd edib ki, Slovakiya Prezidentinin Şuşada qəbul edilməsi də təsadüfi deyil:
''Bu, Azərbaycanın investisiya potensialının nümayiş etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm addımdır. Qarabağ artıq regionun böyük iqtisadi potensiala malik ərazilərindən birinə çevrilib və burada müxtəlif istiqamətlər üzrə perspektivli layihələrin həyata keçirilməsi mümkündür. Məhz buna görə xarici qonaqların bu bölgədə qəbul olunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Slovakiya arasında siyasi, diplomatik və mədəni əlaqələrin inkişafı üçün də geniş perspektivlər mövcuddur. O hesab edir ki, dövlət başçılarının görüşü zamanı bu istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında da ətraflı fikir mübadiləsi aparılıb''.
Fatimə
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












