10 dönər, 10 ayran aldı - CƏZALANDIRILDI

Bakıda qonşusuna məxsus bank kartını götürərək alış-veriş edən şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 2004-cü il təvəllüdlü Cavid Aslanov (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs qonşusu, zərərçəkmiş G.H.-yə məxsus bank kartını götürüb. O, həmin kartla Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən marketlərdən siqaret və digər ərzaq məhsulları, “RED OİL” yanacaqdoldurma məntəqəsindən isə qardaşına məxsus avtomobil üçün yanacaq alıb.
Kartda qalan son məbləğlə “Namlı Dönər” restoranında 10 ədəd dönər və 10 ədəd ayran alıb. Ümumilikdə kartdan 218 manat xərclənib.
Təqsirləndirilən şəxs məhkəmədə kartı yaşadığı ünvanın yaxınlığında təsadüfən tapdığını bildirib. O, əməlindən səmimi peşman olduğunu və bir daha analoji hal törətməyəcəyini deyərək barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Cavid Aslanov tutulduğu 2 gün çıxılmaqla, 1 il 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. O, cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Bundan əlavə, təqsirləndirilən şəxsə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












