“102”yə əsassız zənglər etdi, həbs olundu

Masallıda sərxoş kişi öz başına iş açıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, rayonun Qızılağac kəndində yaşayan 40 yaşlı Əbdül Süleymanov (şərti ad-soyadlı) Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə dəfələrlə zəng edərək faktlara əsaslanmayan şikayətlər səsləndirib və mərkəzi lüzumsuz yerə məşğul edib.
Sonuncu dəfə o, sərxoş vəziyyətdə dayısı ilə mübahisə etdikdən sonra “102”yə ardıcıl zəng edib, əsassız şikayətlər bildirib. Məsələni araşdırmaq üçün polis əməkdaşları Qızılağac kəndinə gedib. Əbdül isə polisin suallarına cavab verməkdən yayınıb, nalayiq hərəkətlər edərək tabesizlik göstərib.
Hərəkətlərinə görə onun barəsində inzibati xəta protokolu tərtib olunub və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Masallı Rayon Məhkəməsinin qərarı ilə Ə. Süleymanov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka həbs edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












