2 nəfərin ölümünə səbəb olunan sürücü məhkəmədə həbs edildi

2 nəfərin öldüyü qəzada təqsirləndirilən Sultan Sultanlının məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Zərərçəkmiş şəxs isə şikayətçi olduğunu bildirib.
Daha sonra hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, hadisə ötən ilin aprelində qeydə alınıb.
Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində bir-biri ilə əks istiqamətdə hərəkət edən Məlikov Ramin İmambaxış oğlunun idarə etdiyi "Lada" markalı 90-VM-038 dövlət qeydiyyat nişanlı avtomobillə Sultanlı Sultan Rafael oğlunun idarə netdiyi "Hyundai" markalı 99-CY-072 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlər - Rüstəmov Hacıalı Adil oğlu və Məlikova Vəsfiyyə Yasin qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Hər iki sürücü, həmçinin avtomobillərdə olan digər sərnişinlər Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar
Fakta görə Qaradağ Rayon Polis İfdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












