Banner

“4 aydır kanalizasiya daşır, küçə üfunət iyi verir” - Açıqlama - VİDEO

Hadisə 6 Noyabr 2026 17:23
“4 aydır kanalizasiya daşır, küçə üfunət iyi verir” - Açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə olun

“4 aydır Masazır qəsəbəsi Heydər Əliyev küçəsində kanalizasiya daşır və çirkab suları küçəyə axır. Yolumuz, həyətimiz üfunət iyi verir, uşaqlarımız hər gün kanalizasiya gölməçələrindən keçib məktəbə gedirlər”.

Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, hazırda küçə baxımsız vəziyyətdədir və antisanitariya hökm sürür. Problemlə bağlı dəfələrlə şikayət etsələr də, həllini tapmayıb.

Məsələ ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, əraziyə əməkdaşlar cəlb olunub və problem aradan qaldırılıb: “Abşeron rayonu, Masazır qəsəbəsi, Heydər Əliyev küçəsi 4 ünvanında kanalizasiya xəttində yaranmış tutulma ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Aparılan tədbirlər nəticəsində kanalizasiya xəttində yaranmış tutulma aradan qaldırılıb, ərazidə müşahidə olunan problem tam şəkildə həll edilib. Hazırda qeyd olunan ünvanda kanalizasiya sisteminin fəaliyyətində hər hansı problem müşahidə olunmur”.

 

Oxunub : 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh