ABŞ-də azərbaycanlı tələbə saxlanıldı - Mamdani Trampla danışıb sərbəst buraxdırdı - FOTO

ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) agentləri Kolumbiya Universitetinin tələbəsi Elmina “Elli” Ağayevanı digər 3 tələbə ilə birlikdə kampusun yaşayış binasında saxlayıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan əsilli tələbə instaqram hesabında paylaşım edib.
“Daxili Təhlükəsizlik Departamenti (DHS) məni qanunsuz saxlayıb. Xahiş edirəm, kömək edin!”, - paylaşımda deyilir.
Federal agentlərin məhkəmə qərarı olmadan kampusun ictimai olmayan ərazisinə daxil olaraq onu saxladıqları bildirilir. Bu, kampus ərazisində tələbə etirazlarına səbəb olub. Yüzlərlə tələbə yaşayış binasının qarşısında toplaşaraq Ağayevanın azad edilməsini və tələbə hüquqlarına riayət olunmasını tələb ediblər.
Universitetin məlumatına görə, E.Ağayeva artıq sərbəst buraxılıb və yataqxanaya qayıdıb.
Elmina Ağayeva özü də bununla bağlı paylaşım edərək hər şeyin qaydasında olduğunu bildirib. O baş verənlərdən şok keçirdiyini və özünə gəlmək üçün bir qədər vaxta ehtiyac duyduğunu qeyd edib.

Onun azad edilməsində Nyu-York şəhərinin meri Zohran Mamdani də rol oynayıb. Belə ki, o, “X” hesabında vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə etdikdən sonra tələbənin dərhal azad olunacağını bildirib: “Prezident Trampla telefon danışığını indicə bitirdim. Əvvəlki görüşümüzdə mən bu gün səhər ICE agentləri tərəfindən saxlanılan Kolumbiya Universitetinin tələbəsi Elmina Ağayeva ilə bağlı narahatlığımı bildirmişdim. O mənə indilərdə məlumat verdi ki, tələbə yaxın zamanda sərbəst buraxılacaq”.
DHS-in rəsmi nümayəndəsinin məlumatına görə, tələbənin vizası hələ 2016-cı ildə “dərslərdə davamlı iştirak etmədiyinə görə” ləğv edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə kontent yaradıcısı kimi tanınan E.Ağayeva gündəlik həyat videoları və immiqrant kimi kollecdə təhsil almaqla bağlı məsləhətlər paylaşaraq geniş izləyici kütləsi toplayıb. O, Kolumbiya Universitetində Neyroelm və siyasi elmlər ixtisası üzrə təhsil alır.








Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş - FOTO
Etibarnamə ilə maşın aldı, başına iş gəldi
Partlayan təkər 2 nəfəri öldürdü
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO










