Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB

Məmmədli kəndi ərazisində kanala düşən avtomobilin sürücüsünün vəziyyəti məlum olub.
Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 25-də saat 05:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Məmmədli kəndi, Məmmədli dairəsi ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Döş qəfəsinin səthi travması diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
***10:18
Məmmədli kəndi ərazisində kanala düşən avtomobil çıxarılıb.
Avtosfer.az xəbər verir ki, məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Məlumat daxil olduqdan dərhal sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunublar. Suda avtomobilə baxış keçirilərkən insan faktoru aşkar olunmayıb. Avtomobil sudan çıxarılıb", - deyə bildirilib.
***09:48
Bu gün səhər Məmmədli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə saat 05:30-da kəndin Sabunçu rayonuna düşən ərazisində, Məmmədli dairəsi istiqamətində qeydə alınıb.
2000-ci il təvəllüdlü Bakı şəhər sakini Sədulla Elşad oğlu Nəsirov idarə etdiyi "Toyota Corolla" marakalı, 77-UF-895 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirib və nəticədə maşın kanala aşıb. Sürücünün yüngül xəsarət aldığı bildirilir.
***
Abşeron rayonunun Məmmədli kəndində minik avtomobili su kanalına düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Məlumata görə, hadisə bu gün səhər saat 8 radələrində baş verib.
Hadisənin təfərrüatı barədə hələlik məlumat yoxdur.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












