Adanada hündürmərtəbəli binadan yıxlan 14 yaşlı qız sağ qalıb - VİDEO

Hündürmərtəbəli binadan yıxlan yeniyetmə sağ qalıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Adana şəhərində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.
Belə ki, 14 yaşlı qız uşağı yaşayış binasının 12-ci mərtəbəsindən hələlik məlum olmayan səbəbdən yıxılıb. Yüksəklikdən düşən yeniyetmə əvvəlcə binanın girişindəki çardağa çırpılıb, daha sonra isə beton zəminə düşüb. Ətrafdakı sakinlərin dərhal xəbər verməsi ilə hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yeniyetmə qıza həkimlər tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində çoxsaylı sınıqlar aşkar olunub. Xəstəxanadan qızın həyati təhlükəsinin olmadığı bildirilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












