Ağdamda aşkarlanan çox sayda ilan görüntülərinə aydınlıq gətirildi

Ağdamda qazıntı işləri zamanı aşkarlanan çox sayda ilan görüntülərinə aydınlıq gətirilib.
Belə ki, Ağdamda eskavatorla qazıntı işləri aparılan zaman çox sayda ilanın aşkarlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayılan görüntülərdə ilanların gürzə olduğu iddia edilir.
Bəs ərazidə bu sayda ilanın bir araya gəlməsi nə ilə bağlıdır? Bu, normal haldırmı? İlanların öldürülmədən ərazidə qalması gələcəkdə onların sayının artmasına və yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaratmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Canlı Sistemlərin Tədqiqi İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov Trend-ə bildirib ki, ilanların bu cür kütləvi şəkildə bir araya gəlməsi su ilanları üçün xarakterikdir. Onun sözlərinə görə, su ilanları çoxalma və cütləşmə dövründə belə qrup halında toplaşa bilirlər.
"Bu hal adətən dənizdəki adalarda və arxipelaqlarda müşahidə olunur. Ətraf ərazilərdə məskunlaşan su ilanları çoxalma vaxtı adada bir yerə toplaşırlar. Bəzən yüzə qədər və daha çox sayda ilan belə qrup halında bir araya gəlir.
Bu hadisə Ağdamda baş verib. Yəqin ki, yaxınlıqda su ərazisi var. Çoxalma və cütləşmə dövrü ilə əlaqədar olaraq belə bir kütləvi toplanma baş verib. Mənə elə gəlir ki, bunlar su ilanlarıdır. Cütləşmək üçün quruya çıxaraq partnyor axtarırlar", – deyə o bildirib.
T. İskəndərov qeyd edib ki, su ilanları yuxarıdan baxdıqda müxtəlif rəng və naxışlarda görünə bilirlər.
"Əslində, rəng və naxışları fərqli olsa da, bunlar su ilanlarıdır. Videoda ilanları yaxından və dəqiq görmək mümkün deyil, amma bu xüsusiyyət məhz su ilanlarına xasdır", – deyə o əlavə edib./azpolitika.info
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










