Ağdamda sel - Yollar yuyuldu, qaz xətti zədələndi - FOTOLAR - YENİLƏNİB

Ağdam rayonunun Xaçınçay qəsəbəsində yaranan sel təhlükəsi tamamilə aradan qaldırılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, əraziyə cəlb olunan xüsusi texnikalar vasitəsilə çayın öz məcrasına qaytarılması üçün zəruri tədbirlər görülüb.
Ağdam Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, profilaktik işlər yalnız həmin ərazidə deyil, digər riskli istiqamətlərdə də davam etdirilir və hazırda vəziyyət nəzarət altındadır.
Sel səbəbindən qaz təchizatı dayandırılan 60 fərdi yaşayış evinə də təbii qazın verilişi artıq bərpa edilib. Bundan əlavə, ərazidə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən növbətçilik təşkil olunub.
***20:50
Ağdam rayonunda Xaçınçay çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində yaranan sel suları yaşayış məntəqəsində ciddi fəsadlara səbəb olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində çayda suyun səviyyəsi artıb.
Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyaraq nəqliyyatın hərəkəti üçün təhlükə yaradıb.
Təbiət hadisəsi nəticəsində yaşayış evlərinə gedən qaz xətti də zədələnərək sıradan çıxıb. Bundan əlavə, sel sularının yaşayış evlərinə yaxınlaşması ərazidə təhlükəli vəziyyət formalaşdırıb.
Hazırda hadisə yerinə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub. Təhlükənin aradan qaldırılması və ərazidə vəziyyətin stabilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Ziya Əmirxanlı







Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












