Ağdamdakı qətlin TƏFƏRRÜATI ilə bağlı ŞOK İDDİA - VİDEO

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub.
Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdən imtina edib. Bu zaman qayınatası Zakir Hüseynov kürəkəninə həyat yoldaşının bir neçə gün ata evində qalmasına razı olmağı və ara sakitləşdikdən sonra yenidən danışmağı təklif edib.
Məlumata görə, bundan əsəbiləşən Eldəniz Qənbərov gecə saatlarında yenidən qayınatasının evinə qayıdıb. O, pəncərənin qoruyucu torunu cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan qayınatasını bıçaqlayıb.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Zakir Hüseynov həyatını itirib. Qətldə şübhəli bilinən 1996-cı il təvəllüdlü Eldəniz Qənbərov saxlanılıb.
E.Qənbərovun daha əvvəl də arvadına qarşı zor tətbiq etdiyi və ona xəsarət yetirdiyi bildirilir.
Qeyd edək ki, Eldəniz Qənbərov və həyat yoldaşının nikahından 5 övladı var.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












