Ağdamı yandıran PUA ilə TUTULDU - ANBAAN VİDEO

Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.
İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












