Ağdaşda attraksion aşdı - Yaralananlar var - FOTO - VİDEO

Avqustun 19-da Ağdaş rayonundakı istirahət parkında attraksion qəzaya uğrayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Xəsarət alan yeniyetmələrin anası İlahə Baxışova bildirib ki, hadisə nəticəsində 16 yaşlı qızı daha ağır zədələr alıb, oğlunun isə omba sümüyü çıxıb: “Biz Bakıdan Ağdaşa anamgilə qonaq getmişdik, qərara gəldik ki, uşaqları parka aparaq. Həmin vaxt relsdən çıxan attraksion qatarı aşdı, qızım onun altında qaldı. Hadisədən dərhal sonra parkda attraksion işlədən şəxslər bizə yaxınlaşaraq heç bir quruma müraciət etməməyimizi xahiş etdilər. Lakin qızımın ağrıları kəskinləşdiyindən xəstəxanaya apardıq və onun ciddi şəkildə xəsarət aldığı məlum oldu. Attraksion sahibi isə bizə bildirdi ki, heç bir köməklik edə bilməyəcəklər”.
Əldə etdiyimiz məlumata görə, vətəndaşın müraciəti əsasında sözügedən məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Hadisə anının görüntüləri:

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












