Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı - YENİLƏNİB

Aprelin 21-də Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
Bu barədə Avtosfer.az-a Tovuz-Qazax Regional Təhsil İdarəsindən məlmat verilib:
"Sosial şəbəkələrdə Ağstafa rayonunda şagirdin bıçaq xəsarəti alması barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".
***11:00
Ağstafada məktəbliyə xəsarət yetirən şəxslə bağlı axtarışlara başlanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Ağstafa rayon Polis Şöbəsinə rayonun 3 saylı tam orta məktəbinin şagirdi, 8-ci sinif şagirdi U. İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
Ağstafada bıçaqlanma baş verib.
Hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ sol bud nahiyəsinin kəsilmiş deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












