Ağsu aşırımında sürüşmə - Yol bağlandı - FOTOLAR - YENİLƏNİB

Ağsu dolaylarında baş verən torpaq sürüşməsinə görə əraziyə mütəxəssislər cəlb olunublar.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-a açıqlamasında məlumat verib.
Qeyd edib ki, mütəxəssislər artıq əraziyə baxış keçiriblər:
"Problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur".
***11:18
Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, son günlər ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.
Sürüşmə əsasən yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Təhlükə nəzərə alınaraq ikizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib.
Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib, təhlükəli hissə xüsusi lentlərlə işarələnib. Yol polisi tərəfindən hərəkətə nəzarət edilir, sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur.
Xatırladaq ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi.


Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












