Almaniyada bütün ölkə üzrə qatar səfərləri dayandırılıb

Almaniyada radioəlaqə nasazlığı səbəbindən bütün ölkə üzrə qatar xidmətləri dayandırılıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Almaniyanın "Deutsche Bahn" dəmiryol şirkətinin sözçüsü DPA agentliyinə məlumat verib.
Məlumata görə, problemin aradan qaldırılması üçün bütün mövcud resurslar səfərbər olunub.
"Deutsche Bahn"ın Direktorlar Şurasının sədri Evelin Palla da bildirib ki, hazırda sərnişinlərin düşə bilməsi üçün qatarların stansiyalara çatdırılması üzərində işlər gedir, daha sonra isə səbəbi hələ tam olaraq bilinməyən problemin həllinə başlanılacaq.
Alman KİV-də yer alan xəbərlərə görə, hazırda bəzi qatarlar stansiyalarda gözləyir, relslərdəki qatarların ən yaxın stansiyalara aparılması üçün səylər göstərilir.
Qeyd olunub ki, ölkə miqyasında baş verən nasazlıqdan təsirlənən sərnişinlərə taksi və hotel kuponları paylanır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












