Altı azərbaycanlı faciəvi şəkildə öldü - SİYAHI

Rusiya–Ukrayna müharibəsində həlak olan azərbaycanlıların siyahısına daha 6 ad əlavə olunub.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, döyüş əməliyyatları zamanı Rusiya tərəfində vuruşan daha 6 soydaşımız Ukrayna ordusu ilə döyüşlərdə həlak olub.
Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:
Mirzə Nazim oğlu Şahüseynov – Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayıb.
Niyazi Nazim oğlu Ağayev – Voronej vilayətinin Liski qəsəbəsində yaşayıb.
Telman Harun oğlu Yaqubov – 4 avqust 1978-ci il təvəllüdlüdür. Moskvada yaşayıb.
Arif Qulu oğlu Haqverdiyev – 7 iyul 1982-ci il təvəllüdlüdür. Krasnodar diyarının Armavir şəhərində yaşayıb.
Etibar Arif oğlu Abbasov – 9 iyun 1992-ci il təvəllüdlüdür. Adıgeya respublikasında yaşayıb.
Rəşid İslam oğlu Nəbiyev – 17 may 1977-ci il təvəllüdlüdür. Krasnodar diyarının Apşeronsk şəhərində yaşayıb.
Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri müxtəlif mənbələrin məlumatına görə, Rusiya ordusunun tərkibində döyüşlərdə həlak olan azərbaycanlıların sayı mütəmadi olaraq artır. Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












