Anası tərəfindən qayçı ilə öldürülən yeddi yaşlı Fərruxun FOTOsu

Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli kəndində mayın 31-də dəhşətli hadisə baş verib. Kənd sakini 42 yaşlı qadın yeddi yaşlı oğlunu qətlə yetirib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkənin Gürcüstan seqmentində qətlə yetirilən uşağın fotosu yayılıb.

Bildirilib ki, 7 yaşlı Fərrux Əhmədovu anası qayçı ilə öldürüb. Psixi problemləri olan qadının özünə qəsd etməyə hazırlaşdığını görən balaca Fərrux anasını xilas etməyə çalışıb və kömək üçün nənəsini çağırmaq istəyib.
Bu zaman anası 42 yaşlı Svetlana Əhmədova oğlunun ürək nahiyəsindən qayçı ilə xəsarət yetirib. Hadisə zamanı yaxınlıqda qadının daha üç övladı, qətlə yetirilən Fərruxun iki qardaşı və bir bacısı da olub. Ailənin böyük övladı olan Fərrux qan itirdiyi üçün hadisə yerindəcə ölüb, ana hadisədən sonra qayçı ilə özünə də xəsarətlər yetirsə də, həkimlər tərəfindən onun həyatını xilas etmək mümkün olub.
Ailənin hadisəni gizlətməyə cəhd göstərdiyi bildirilir. Lakin qısa zamanda məlumat yayılıb, qadın Gürcüstan polisi tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı danışan kənd sakinləri ailədə heç bir münaqişə olmadığını, ailə daxilində heç zaman hər hansı mübahisə görmədiklərini bildiriblər:
"Gecə eşitdik ki, qonşumuz Svetlana oğlunu qayçı ilə öldürüb. Evdə mərhum uşaqdan başqa digər azyaşlı övladları da olub. Bildiyimə görə, uşaqların gözü qarşısında mətbəxdən qayçı götürərək Fəruxun ürəyinə vurub".
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












