Aptekdən 287 manatlıq oğurluq edilib

Xırdalan şəhərində faəliyyət göstərən "Təbib Aptek"də oğurluq hadisəsi baş verib. Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, aptekdən 50 manat pul və 237 manat dəyərində müxtəlif dərman preparatları oğlurlanıb.
Cinayətin üstü qısa müddət ərzində açılıb. Hadisəni törədən şəxs Qulam Rzayev (ad və soyad şərtidir) saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrim ittiham elan edilib. Həmçinin onun barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs "Təbib Aptek"dən başqa Abşeron rayonunda fərdi evlərin də birindən oğurluq edib.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılıb.
Məhkəmə prosesi zamanı Qulam Rzayev ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O bildirib ki, Yevlax rayonundan Bakıya gəlib. İş axtrasa da, tapa bilməyib. Ona görə də oğurluq etmək məcburiyyətində qalıb və ilk hədəfi "Təbib Aptek" olub. Qulam Rzayev fiziki güc tətbiq etməklə aptekin qapısını açıb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edib. Məhkəmənin hökmü ilə ona 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












